Saytımızı qiymətləndirin


 
 

Neftçalada 800 cücə oğurlanıb
Tarix: 06-01-2018 | Saat: 13:27
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Neftçalada 800 cücə oğurlanıb

 

Neftçala şəhəri ərazisindəki quşçuluq fabriklərinin birindən xeyli sayda cücə oğurlanıb.

"Qarabaginfo" “Qafqazinfo”-a istinadən xəbər verir ki, DİN-ə istinadən verdiyi xəbərə görə, araşdırmalarla ötən ilin dekabrın 21-dən cari il yanvarın 4-dək olan müddətdə ASC-yə məxsus quşbəsləmə sexindən 743 cücənin oğurlanması məlum olub. 

Oğurluqda şübhəli bilinən şəxslər - Cəmiyyətin işçiləri, Neftçala rayon sakinləri Vahid Hadıyev, Babək Əkbərov, Pərvin Qurbanov, Səyavuş Novruzov, Abbas Göyçayev, Etibar Rüstəmov və Xəyal Abbasov saxlanılıblar. Onlar törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.



Xəbəri paylaş

621 dəfə oxunub.

Digər xəbərlər