Ana Sayfa > Karusel / Sosial > Neftçalada 800 cücə oğurlanıb
Neftçalada 800 cücə oğurlanıb6-01-2018, 13:27. Yazar: Admin |
Neftçala şəhəri ərazisindəki quşçuluq fabriklərinin birindən xeyli sayda cücə oğurlanıb. "Qarabaginfo" “Qafqazinfo”-a istinadən xəbər verir ki, DİN-ə istinadən verdiyi xəbərə görə, araşdırmalarla ötən ilin dekabrın 21-dən cari il yanvarın 4-dək olan müddətdə ASC-yə məxsus quşbəsləmə sexindən 743 cücənin oğurlanması məlum olub. Oğurluqda şübhəli bilinən şəxslər - Cəmiyyətin işçiləri, Neftçala rayon sakinləri Vahid Hadıyev, Babək Əkbərov, Pərvin Qurbanov, Səyavuş Novruzov, Abbas Göyçayev, Etibar Rüstəmov və Xəyal Abbasov saxlanılıblar. Onlar törətdikləri əməli etiraf ediblər. Faktla bağlı Neftçala RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır. Geri dön |