Saytımızı qiymətləndirin


 
 

Rusiya FSB: QRU-nın rəis müavininə sui-qəsd cəhdinin arxasında Britaniya izi aşkarlanıb
Tarix: 22-02-2026 | Saat: 15:20
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) rəis müavini Vladimir Alekseyev

Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) rəis müavini Vladimir Alekseyevə sui-qəsd cəhdinin araşdırılması zamanı Britaniya izi aşkarlanıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov bildirib.

"Biz birmənalı olaraq anlayırıq ki, sifarişçilər Ukraynanın xüsusi xidmət orqanlarıdır. Onların arxasında isə daha əvvəl dediyimiz kimi üçüncü ölkələr dayanır. Ukrayna kəşfiyyat xidmətləri Qərb kəşfiyyat xidmətlərinin nəzarəti altında və ya kurasiyasında fəaliyyət göstərir. Biz ilk növbədə burada Britaniya izlərini görürük. Ona görə də istintaq davam edir", deyə FSB rəhbəri vurğulayıb.

Bortnikov həmçinin qeyd edib ki, Ukraynanın hücumlarına qarşı cavab tədbirləri görülür: "Biz baş verən hər şeyi diqqətlə izləyirik, əlbəttə ki, heç vaxt unutmayacağıq və bağışlamayacağıq".



Xəbəri paylaş

47 dəfə oxunub.

Digər xəbərlər
14-04-2022, 12:53 Sabah hava necə olacaq?
10-10-2023, 17:43 Patruşev Bakıya GƏLDİ