Tarix: 30-09-2022 | Saat: 11:19
Bölmə:Gündəm | çapa göndər
Azərbaycanın dövlət sərhəddini pozan Əfqanıstan vətəndaşları saxlanılıb.
Bu barədə Qarabaginfo.az-a Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, entyabr ayının 29-da saat 01:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin, Cəlilabad rayonunun Gülməmmədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd edərkən 4 (dörd) nəfər Əfqanıstan Respublikasının vətəndaşları 1993-cü il təvəllüdlü Rəşidi Abdulmunir Abdulxayum, 2002-ci il təvəllüdlü Reza Aciqzey Muhammed, 2002-ci il təvəllüdlü Tur Emran Abdulsəməd və 2003-cü il təvəllüdlü Bəxtiyar Muhammedrəsulafqan Neqmuhammad saxlanılıblar.
Araşdırma zamanı saxlanılan şəxslərin dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına, daha sonra Rusiya Federasiyasına keçməklə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər xəbərlər