Saytımızı qiymətləndirin


 
 

Jurnalistlərə şəhadətnamə müddətsiz veriləcək
Tarix: 26-09-2022 | Saat: 16:05
Bölmə:Gündəm / Karusel | çapa göndər

Azərbaycanda media subyektlərinə və jurnalistlərə elektron informasiya ehtiyatı vasitəsilə müvafiq olaraq elektron sənəd formasında şəhadətnamə müddətsiz veriləcək.

 

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi “Media Reyestrinin aparılması Qaydaları”nda bildirilib.

 

Sənəddə qeyd edilib ki, Media Reyestrinə daxil edilmiş media subyektlərinə və jurnalistlərə elektron informasiya ehtiyatı vasitəsilə müvafiq olaraq elektron sənəd formasında şəhadətnamə və vəsiqə veriləcək.

 

Şəhadətnamə Reyestrdə müvafiq qeydin edildiyi tarixdən müddətsiz olaraq, vəsiqə isə 3 il müddətinə veriləcək.

 

Şəhadətnamə və vəsiqələrə rəqəmlərin və (və ya) hərflərin kombinasiyasından ibarət unikal qeydiyyat nömrəsi veriləcək.

 

Vəsiqə Reyestrə daxil edilmiş jurnalistin müraciəti əsasında 3 iş günü müddətində kağız daşıyıcıda ona təqdim olunacaq.



Xəbəri paylaş

180 dəfə oxunub.

Digər xəbərlər