Rusiya-Gürcüstan sərhədində 20 kilometrlik tıxac
Tarix: 24-09-2022 | Saat: 22:42
Bölmə:Gündəm / Karusel | çapa göndər
1285 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 24-09-2022 | Saat: 22:42
Bölmə:Gündəm / Karusel | çapa göndər

Rusiyada qismən səfərbərlik edildikdən sonra Gürcüstana üz tutan rusların sayı durmadan artır.
Qarabaginfo.az xəbər verir ki, Rusiya ilə Gürcüstan arasındakı yeganə quru sərhəd olan Yuxarı Lars keçid məntəqəsində ümumi uzunluğu 20 kilometrdən çox olan tıxac yaranıb.
Səfərbərlikdən qaçan ruslar Gürcüstan sərhədini keçmək üçün təxminən 40 saata qədər gözləməli olurlar.
Sentyabrın 23-də axşam saatlarında Rusiya tərəfində sərhəddə 2 min minik avtomobili Gürcüstana keçmək üçün növbə gözləyib. Sentyabrın 24-də isə bu rəqəm azı 2 dəfə artıb. Tıxacın artmasına səbəb Rusiya tərəfindən hərbi çağırış yaşlı insanların sərhədi keçmələrinə tətbiq olunan qadağalardır.
Xəbəri paylaş
Digər xəbərlər
31-07-2020, 16:11
Daha 318 nəfər koronavirusa yoluxub, 714 nəfər sağalıb
11-11-2020, 12:40
Azərbaycan Prezidentinin köməkçisi: “Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrləri adından danışmaq səlahiyyəti yoxdur”
25-05-2022, 20:57
Zelenskinin ofisi: Qərbdən ərazilərin verilməsi ilə bağlı çağırışlar var
27-09-2024, 21:11
Lavrov suriyalı həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib
10-12-2024, 08:35
Trüdo: Tramp Kanada mallarına 25% rüsum tətbiq edərsə, Ottava müvafiq cavab verəcək


















