Ana Sayfa > Gündəm / Karusel > Rusiya-Gürcüstan sərhədində 20 kilometrlik tıxac
Rusiya-Gürcüstan sərhədində 20 kilometrlik tıxac24-09-2022, 22:42. Yazar: Admin |
Rusiyada qismən səfərbərlik edildikdən sonra Gürcüstana üz tutan rusların sayı durmadan artır. Qarabaginfo.az xəbər verir ki, Rusiya ilə Gürcüstan arasındakı yeganə quru sərhəd olan Yuxarı Lars keçid məntəqəsində ümumi uzunluğu 20 kilometrdən çox olan tıxac yaranıb. Səfərbərlikdən qaçan ruslar Gürcüstan sərhədini keçmək üçün təxminən 40 saata qədər gözləməli olurlar. Sentyabrın 23-də axşam saatlarında Rusiya tərəfində sərhəddə 2 min minik avtomobili Gürcüstana keçmək üçün növbə gözləyib. Sentyabrın 24-də isə bu rəqəm azı 2 dəfə artıb. Tıxacın artmasına səbəb Rusiya tərəfindən hərbi çağırış yaşlı insanların sərhədi keçmələrinə tətbiq olunan qadağalardır. Geri dön |