8 ayda velosiped qəzalarında 11 nəfər ölüb
Tarix: 20-09-2017 | Saat: 09:53
Bölmə:Problem | çapa göndər

Bu ilin 8 ayı ərzində Azərbaycanda 21 velosiped qəzası baş verib.
Qarabağinfo.az bildirir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
K.Əliyev bildirib ki, baş vermiş velosiped qəzaları nəticəsində 11 nəfər ölüb, 11 nəfər yaralanıb.
K.Əliyevin sözlərinə görə, hadisənin 4-ü velosipedçilərin təqsiri üzündən baş verib və nəticədə 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Digər hadisələr isə velosipedçilərin avtomobil tərəfindən vurulması səbəbindən baş verib.
Polis polkovniki bildirib ki, velosiped sürənlər bəzən təhlükəsizlik qaydalarına əməl etmir, dəbilqə taxmır, yolun əks istiqamətində hərəkət edir, işıqlandırıcı vasitələrdən istifadə etmirlər:
""Yol hərəkəti haqqında" qanunun 38-ci maddəsində deyilir ki, mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməlidir. Velosiped sürən şəxs texniki baxımdan saz və lazımi təchizatlı velosipeddən istifadə etməli, velosipedi idarə etməyə mane olan yük və ya sərnişin daşımamalıdır. Velosiped nəqliyyat vasitəsi hesab edildiyindən onu sürənlərin də avtomobil yollarından istifadə etmək hüquqları var".
808 dəfə oxunub.
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-05-2021, 12:16
Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
15-05-2021, 23:39
Bayden Netanyahu və Mahmud Abbasa zəng etdi
1-12-2023, 17:28
“Azəriqaz”a heç bir borcumuz yoxdur” –"Qaçqınkom"dan "1 milyon borc" iddiasına cavab
15-08-2025, 10:08
Tramp: Latın Amerikası ölkələrinin Çinlə yaxınlaşması məni narahat etmir
6-06-2023, 14:05
Narkotikin təsiri altında avtomobil sürənlər cəzalandırılmasını nəzərdə tutan dəyişiklər MM-də qəbul edilib
17-09-2022, 12:17
Sabahın hava proqnozu
30-08-2021, 13:55
“Polad atasının evini bərpa etdi”
1-09-2024, 08:04
Azərbaycan da parlament seçkilərində səsvermə başlayıb
11-09-2024, 14:48
8 ayda iqtisadiyyata 11,2 milyard manat investisiya qoyulub
14-11-2022, 01:37
Zelenski G20 sammitində çıxış edəcək