Saytımızı qiymətləndirin


 
 

“Əfsuslar olsun ki, müharibədən sonra da şəhidlərimiz var”
Tarix: 31-12-2020 | Saat: 15:00
Bölmə:Manşet / Karusel | çapa göndər

 

“Əfsuslar olsun ki, müharibədən sonra da şəhidlərimiz var”

 

“Gələn il bizim üçün böyük quruculuq ili olacaq, ilkin tapşırıqlar verilib. Eyni zamanda, erməni silahlı qüvvələri tərəfindən ara-sıra atəşkəs pozulur və əfsuslar olsun ki, müharibədən sonra da şəhidlərimiz var. Deyə bilərəm ki, bizdə olan məlumata görə, azad edilmiş bəzi torpaqlarda hələ də mövcud olan erməni silahlı birləşmələri Ermənistan siyasi rəhbərliyinə tabe deyillər, onların bir çoxu zərərsizləşdirlib, bir çoxu həbs edilib”. 

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, onlar müharibə əsirləri sayıla bilməz, onlar terrorçudurlar: 

“Onlara imkan verildi. O cümlədən Rusiya sülhməramlı qüvvələri bu işlərə qoşularaq, imkan verildi ki, onlar o bölgələrdən çıxsınlar. Bu təklifə riayət edənlər çıxdılar və Ermənistan tərəfinə təhvil verildilər, ancaq bir qisim hələ də qalır və bizə qarşı terror aktları törədir. Buna baxmayaraq bütövlükdə atəşkəs saxlanılır və hesab edirəm ki, bu, noyabrın 9-dan 10-a keçən gecə imzalanmış Bəyanatın müsbət tərəfidir”.

 

 



Xəbəri paylaş

305 dəfə oxunub.

Digər xəbərlər
14-07-2022, 07:02 Rusiyada vulkan püskürüb