Latviyanın müdafiə naziri İnara Murniece bu vəzifəyə təyin olunduqdan sonra ilk səfərini Ukraynaya edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk “Facebook” səhifəsində məlumat verib.

“İnaru Murnieceni Latviya Respublikasının müdafiə naziri təyin edildikdən sonra Ukraynaya ilk səfəri münasibətilə təbrik etməkdən şadam. İnara Murniece Latviya Seyminin spikeri vəzifəsində Ukraynanı dəstəkləmək üçün çox səy göstərdi. Ümid edirəm ki, Ukraynaya və Latviyanın yeni hökumətinə bundan sonra da həlledici yardım göstəriləcək”, - Stefançuk bildirib.