Saytımızı qiymətləndirin


 
 

28 ölkədə 97 jurnalist həlak olub -SİYAHI
Tarix: 19-12-2017 | Saat: 09:50
Bölmə:Manşet / Karusel / Dünya | çapa göndər

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BMT yanında məşvərətçi statuslu “Press Emblem Campaign” (PEC) qeyri-hökumət təşkilatı 2017-ci ilin jurnalist ölümləri hesabatını yayıb.

"Qarabaginfo" "Novator.az"-a istinadən verdiyi məlumatına görə, dekabrın 18-də açıqlanan məruzədə bildirilir ki, 2017-ci ildə 28 ölkədə 97 jurnalist həlak olub.

Təşkilatın hesabatında 2016-cı illə müqayisədə jurnalist ölümün azaldığı vurğulanır. Ötən il 144 jurnalist həyatını itirib. Bildirilir ki, PEC 2008-ci ildən bəri ilk dəfə 100-dən az KİV nümayəndəsinin həlak olduğunu qeydə alıb.

10 il ərzində həlak olan jurnalistlərin sayı isə 1197-yə çatıb.

2017-ci ildə jurnalist ölümünə görə ilk pillədə Meksika yer alır. Bu ölkədə 17 media işçisi həlak olub.

İlk beşlikdə İraq (9 jurnalist), Əfqanıstan, Hindistan və Pakistan da (hər birində 8 jurnalist) qərarlaşır.

Siyahıda sonrakı pillələrdə Filippin, Suriya (hər birində 6 jurnalist), Somali (5 jurnalist) və Honduras (4 jurnalist) göstərilir.

PEC-in məlumatına görə, 2017-ci ildə Rusiya, Türkiyə, Nigeriya və Yəmənin hər birində 3 media təmsilçisi həlak olub.

2017-ci ildə ötən illə müqayisədə həlak olan qadın jurnalistlərin sayı 5-dən 16-ya yüksəlib.

Cari ildə media nümayəndələri üçün ən təhlükəli region Asiya (32 jurnalist həlak olub), Latın Amerikası (29 jurnalist) və Türkiyə də daxil olmaqla Yaxın Şərq (21) hesab olunub.

 



Xəbəri paylaş

602 dəfə oxunub.

Digər xəbərlər
19-02-2018, 10:26 Şahdağa 53 sm qar yağıb