Saytımızı qiymətləndirin


 
 

ABŞ və Asiya fond bazarlarında artım müşahidə olunub
Tarix: 20-08-2026 | Saat: 08:31
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ və Asiya fond bazarlarında artım müşahidə olunub

Dünya fond bazarlarında avqustun 19-da qarışıq dinamika qeydə alınıb. ABŞ və Asiyanın əsas fond indeksləri günü əsasən artımla başa vurduğu halda, Avropada aparıcı indekslərin əksəriyyəti ucuzlaşıb.

Qarabaginfo.azxəbər verir ki, ABŞ-da “Dow Jones Industrial Average” 0,22% artaraq 53 463,05 bəndə, “S&P 500” 0,21% yüksələrək 7 707,98 bəndə, “Nasdaq Composite” 0,16% artaraq 26 331,09 bəndə çatıb. “NYSE Composite” isə 0,32% yüksələrək 24 629,61 bənd təşkil edib.
Avropa fond bazarlarında əsasən azalma qeydə alınıb.

“Euro Stoxx 50” 0,37% azalaraq 6 444,46 bəndə, Almaniyanın DAX indeksi 0,14% geriləyərək 26 091,33 bəndə, Fransanın CAC 40 indeksi 0,09% azalaraq 8 501,91 bəndə düşüb. İspaniyanın IBEX 35 indeksi 0,44% azalaraq 17 935,60 bənd təşkil edib. Böyük Britaniyanın FTSE 100 indeksi isə 0,14% artaraq 10 605,28 bəndə yüksəlib.

Asiya-Sakit okean regionunda yüksəliş üstünlük təşkil edib. Yaponiyanın “Nikkei 225” indeksi 0,86% artaraq 52 761,18 bəndə, “Topix” 0,78% yüksələrək 3 742,19 bəndə çatıb. Honkonqun “Hang Seng” indeksi 1,12% artaraq 27 143,42 bənd, Çinin CSI 300 indeksi isə 0,21% yüksələrək 4 738,19 bənd təşkil edib.



Xəbəri paylaş

39 dəfə oxunub.

Digər xəbərlər