Saytımızı qiymətləndirin


 
 

Leyla Əliyeva qızı ilə Eminin konsertində - Fotolar
Tarix: 18-12-2017 | Saat: 17:08
Bölmə:Manşet / Karusel / Mədəniyyət | çapa göndər

 

Leyla Əliyeva qızı ilə Eminin konsertində

 

Qarabaginfo xəbər verir ki, Rusiyanın məşhur azərbaycanlı müğənnisi, bəstəkar Emin Ağalarov Bakıda konsert proqramı ilə çıxış edib. “Qafqazinfo”nun məlumatına görə sənətçinin musiqili gecəsi Heydər Əliyev adına Sarayda baş tutub. 

Sarayın səhnəsində xüsusi dekorasiya və işıqlar qurlaşdırıldığı diqqətdən yayınmayıb.  Emin daha sonra pərəstişkarlarının qarşısına çıxaraq hitlərini səsləndirməyə başlayıb. 

Pop ulduzun ilk ifasında zala Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və övladlığıa götürdüyü Əminə daxil olub. Sənətçi bundan sonra bütün tamaşaçıları salamlayıb, L. Əliyevaya konsertə gəldiyi üçün xüsusi minnətdarlığını bildirib. 

Konsert maraqlı məqamlarla yadda qalıb.  Bundan əlavə, Emin Bayram adlı şəxsi səhnəyə dəvət edərək onun balaca bir sürprizinin olduğunu söyləyib.  Gənc əlində gül dəstəsi ilə Ağalarovun yanına gəlib və sevdiyi qızı səhnəyə çağırıb. Daha sonra Bayram xanıma evlilik təklifi edib. Emin isə onlara xoşbəxtlik diləyib. 

Ağalarov konsertdə məşhur mahnısı olan “Woman”ı qızı Əminə üçün ifa edəcəyini bildirib:

“Burada çox gözəl xanımlar var. Burada əyləşən kişiləri başa düşürəm. Onlar yanındakı xanımların təkidi ilə konsertə gəliblər. İndi oxuyacağım mahnını bütün xanımlara həsr edirəm. Ancaq etiraf edim ki, bəstəni birinci Əminə üçün oxuyacam”. 

 



















 



Xəbəri paylaş

617 dəfə oxunub.

Digər xəbərlər