Tarix: 01-03-2022 | Saat: 22:52
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Rusiyanın real ola bilməyəcək tələbləri var. Krımın tanınması, Ukraynanın silahsızlaşdırılması kimi. Fikrimizcə, bunlar məqbul tələblər deyil”.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın CNN Türk kanalına müsahibəsində deyib.
O qeyd edib ki, Türkiyənin diqqəti müharibənin sona çatmasına, danışıqlar masasında atəşkəs qərarına və humanitar dəhliz yaradılmasına köklənib.
Həmçinin, Kalın əlavə edib ki, danışıqlardan vaxt udmaq məqsədilə istifadə edilsə, nəticə olmayacaq. Onun sözlərinə görə, sabah danışıqların ikinci raundu baş tuta bilər.
“Artan hərbi gərginlik heç bir nəticə verməyəcək. Mən rusiyalı həmkarıma danışıqların nəticə verməsi üçün hərbi fəaliyyəti dayandırın dedim, - deyə o, qeyd edib.
Digər xəbərlər