Tarix: 28-01-2022 | Saat: 20:19
Bölmə:Karusel / Siyasət | çapa göndər
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Kamandan Oxatma Federasiyasının fəaliyyəti ilə tanış olub.
Nazirlikdən Qarabaginfo.az-a verilən məlumatına görə, F.Qayıbov tanışlıq zamanı yığma komandanın məşq bazası ilə maraqlanıb. Federasiyanın baş katibi Murad İsfəndiyarov indiyədək görülən işlər və qarşıdakı planlar barədə naziri məlumatlandırıb.
Yığmanın baş məşqçisi Natiq Fazilov qeyd edib ki, həftə sonları 30-dək idmançının məşq etdiyi bazanın şəraiti standartlara cavab vermədiyi üçün komanda üçün daha yaxşı şəraitin yaradılmasına ehtiyac var.
Yeniyetmə və gənc idmançılarla söhbət edən nazir onların məşqlərini izləyib və problemləri ilə maraqlanıb. Bildirilib ki, hazırda idmançıların əsas hədəfi 5-ci İslam Həmrəyliyi Oyunlarına hazırlıqdır.
Görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.
Digər xəbərlər