Hazırda Rusiya hərbçiləri Svyatoqorsk da daxil olmaqla Donetsk və Luqansk Xalq Respublikalarının böyük hissələrini nəzarətə götürüblər.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri daha 15 yaşayış məntəqəsini də nəzarətə götürüb. Ən böyükləri arasında Studenok, Yarovaya, Kirovsk, Yampol və Drobışevo var.