Saytımızı qiymətləndirin


 
 

Vladimir Putinin Türkiyəyə səfəri başlayıb
Tarix: 28-09-2017 | Saat: 18:43
Bölmə:Manşet / Karusel | çapa göndər

Rusiya və Türkiyə prezidentləri arasında təkbətək görüş keçiriləcək

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə işgüzar səfəri başlayıb. 

“Report” TRT-yə istinadən xəbər verir ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında təkbətək görüş keçiriləcək.

Məlumata görə, dövlət başçıları İraqda keçirilən “referendumu”, Suriyadakı vəziyyəti, ikitərəfli əməkdaşlığı müzakirə edəcək.

Bundan başqa, prezidentlər Rusiyanın “S-400” zenit-raket kompleksini Türkiyəyə tədarük etməsini, “Türk axını” layihəsini, Akkuyu Nüvə Mərkəzinin tikintisi layihəsi ilə bağlı məsələləri də müzakirə edəcək.

Görüşdən sonra R.T.Ərdoğan və V.Putin birgə mətbuat konfransı keçirəcək.



Xəbəri paylaş

628 dəfə oxunub.

Digər xəbərlər