Saytımızı qiymətləndirin


 
 

Gömrük Komitəsi və Vergilər Nazirliyi bir sıra idxal-ixrac əməliyyatlarına birgə nəzarət edəcək
Tarix: 21-04-2018 | Saat: 10:05
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

  • gomruk komitesi ve vergiler nazirliyi bir sira idxal ixrac emeliyyatlarina birge nezaret edecek

Prezident  İlham Əliyev ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

 

"Qarabaginfo" "Apa.az"a istinadən xəbər verir ki, sərəncama əsasən maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi məqsədilə bir sıra idxal-ixrac əməliyyatları üzrə Dövlət Komitəsi və Vergilər Nazirliyi tərəfindən birgə nəzarət mexanizminin tətbiqi məqsədəuyğun sayılıb.

 

Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Komitəsi idxal-ixrac əməliyyatları üzrə birgə nəzarətlə əhatə olunacaq prosedurların siyahısına və mexanizminə dair təkliflərini bir ay müddətində prezidenti təqdim etməlidir.



Xəbəri paylaş

633 dəfə oxunub.

Digər xəbərlər