Saytımızı qiymətləndirin


 
 

Şəkidə orta məktəbin 24 şagirdi və 3 müəllimi zəhərlənib
Tarix: 23-05-2023 | Saat: 15:14
Bölmə:Karusel / Hadisə | çapa göndər

Şəkidə orta məktəbin 24 şagirdi və 3 müəllimi zəhərlənib - YENİLƏNİB

Şəki-Zaqatala regional təhsil idarəsi Şəkinin Qudula kənd orta məktəbində baş verən zəhərlənmə faktı ilə bağlı açıqlama yayıb.

Qarabaginfo.az xəbər verir ki, açıqlamada deyilir ki, Şəki rayon Qudula kənd orta məktəbində zəhərlənmə halları qeydə alınıb. Hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Bununla bağlı olaraq Şəki-Zaqatala regional təhsil idarəsinin məsul əməkdaşları xəstəxanada uşaqlara baş çəkib və prosesi davamlı olaraq müşahidədə saxlamaqdadırlar: "Narahatçılıq keçirmiş şəxslərin sağlamlıq vəziyyətinin artıq normal olduğu, onların tezliklə evə buraxılacaqları bildirilir. İlkin araşdırmalara görə zəhərlənməyə məktəbdə 19 may 2023-cü il tarixində aparılmış dezinfeksiya işi səbəb olub. Belə ki, 23 may tarixində hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir.

Hadisə haqqında əlavə məlumat veriləcək”.



Xəbəri paylaş

192 dəfə oxunub.

Digər xəbərlər