Saytımızı qiymətləndirin


 
 

DTX Mədəniyyət Mərkəzində “Heç kim unudulmur, heç nə yaddan çıxmır” mövzusunda tədbir keçirilib
Tarix: 21-02-2018 | Saat: 12:45
Bölmə:Manşet / Karusel / Cəmiyyət | çapa göndər

 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Heç kim unudulmur, heç nə yaddan çıxmır” mövzusunda hərbi-vətənpərvərlik tədbiri keçirilib.

 
"Qarabaginfo"un "Apa.az"a istinadən xəbərinə görə, tədbirdə şəhid ailələri, Qarabağ müharibəsi veteranları, Azərbaycan xüsusi xidmət veteranları, Daxili İşlər, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin akademiyalarının və xüsusi təyinatlı ali məktəblərin zabit və kursantları, əsgərləri və digər qonaqlar iştirak ediblər.  
 
DTX-nın Heydər Əliyev adına Akademiyasının fakültə rəisi polkovnik, professor Cəlal Qasımov Xidmət rəisi, Milli Qəhrəman, general-leytenant Mədət Quliyevin adından tədbir iştirakçılarını salamlayıb.
 
O, bu tədbirin bir neçə gün sonra xalqımız tərəfindən anılacaq Xocalı soyqırımının 26-cı ildönümünə təsadüf etdiyini, belə görüşlərin gənc nəslin tərbiyələndirilməsində əhəmiyyətini qeyd edib.
 
Tədbirdə çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov bildirib ki, ermənilər 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə iki dəfə xalqımıza qarşı soyqırımı törədib, ərazilərimizi işğal ediblər: "1988-ci ildə ermənilər Azərbaycana qarşı işğal siyasətini genişləndirməyə başladılar. Azərbaycanın 20 faiz torpaqları erməni silahlı bölmələri tərəfindən işğal olundu. Hazırda Əsir və İtkin Düşmüş, Girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 1 fevral 2018-ci il tarixinə olan məlumata görə, 3875 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Azərbaycanın qanunvericiliyinə görə münaqişə bölgəsində itkin düşmüş şəxs şəhid hesab olunur”.
 
İ. Axundov qeyd edib ki, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu özünü təsdiqləyib, “məğlubedilməz Ermənistan ordusu” mifini darmadağın edib.



Xəbəri paylaş

683 dəfə oxunub.

Digər xəbərlər