Saytımızı qiymətləndirin


 
 

Putin niyə İlham Əliyev və Paşinyana zəng edib? - “O demək istəyir ki...”
Tarix: 12-03-2021 | Saat: 21:45
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

Putin niyə İlham Əliyev və Paşinyana zəng edib? - “O demək istəyir ki...”

 

"Kremlə həm Bakıdan, həm də İrəvandan şikayətlər gedir. Bakı İrəvanın kommunikasiya xətlərinin açılmasını uzatdığını bildirir, İrəvan isə əsirlərin geri qaytarılmadığını iddia edir. Buna görə də Rusiya prezidenti Vladimir Putin iki ölkənin lideriylə telefon danışığına ehtiyac duyub. Putin telefon danışığında atəşkəsə riayət edilməsindən razı qaldığını bildirərək, 9 noyabr və 11 yanvar bəyanatlarının yerinə yetirilməsinin durumunu tərəfdaşlarıyla müzakirə edib".

Qarabaginfo.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Vladimir Putinin bu gün İlham Əliyev və Nikol Paşinyana zəng etməsini şərh edərkən qeyd edib.

Politoloqun fikrincə, telefon zənginin iki mənası var:

"Birincisi, Putin demək istəyir ki, proses onun nəzarəti altındadır, ikincisi tərəflər 9 noyabr və 11 yanvar bəyanatlarının yerinə yetirilməsini sürətləndirməlidirlər. Bəyanatları yerinə yetirməyən varsa, o da Ermənistandır, Dağlıq Qarabağda hələ də əli silahlı separatçılar var, İrəvan kommunikasiya xətlərinin açılmasına maraq göstərmir və bunun nəticəsidir ki, 1 mart tarixinə qədər liderlərin masasına təkliflər paketi təqdim edilməyib". (yenisabah.az)



Xəbəri paylaş

1349 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70