Saytımızı qiymətləndirin


 
 

Artur Rasizadə həmkarı ilə belə zarafatlaşdı - “Özüm də qonağam”
Tarix: 16-01-2018 | Saat: 17:49
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər

 

Artur Rasizadə həmkarı ilə belə zarafatlaşdı

 

Xəbər verdiyimiz kimi, ötən gün Bakıdan Bolqarıstanın paytaxtı Sofiyaya ilk birbaşa aviareys yola düşüb. Aviareysin açılışında Azərbaycanın baş naziri Artur Rasizadə və Bolqarıstanın baş naziri Boyko Borisov iştirak ediblər.

Qarabaginfo" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bolqar baş nazir feysbuk səhifəsində ilk uçuş gününün görüntülərini paylaşıb. Video görüntü Borisovun həmkarı Artur Rasizadə ilə maraqlı dialoqu ilə yadda qalıb. 

Nazirlər uçuş saatının başlamasına qədər gözləmə zalında əyləşiblər. Borisov və Rasizadə zarafatla biletsiz və pasportsuz olduqlarını bildiriblər. Daha sonra bolqar nazir uçuşun nə zaman başlayacağını soruşub. Rasizadə isə “bilmirəm, mən özüm də burada qonağam” deyib.

Sonda isə jurnalistlər Rasizadəyə selfie çəkdirmək istədiklərini bildiriblər, baş nazir isə onların xahişini rədd etməyib. 

 

 



Xəbəri paylaş

609 dəfə oxunub.

Digər xəbərlər