Saytımızı qiymətləndirin


 
 

Azərbaycan prezidenti: “2018-ci il TANAP-ın icrası, BTQ dəmir yolunun fəaliyyəti üçün önəmli il olacaq”
Tarix: 10-01-2018 | Saat: 17:52
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

 

  • prezidenti btq demir yolu azerbaycani beynelxalq neqliyyat merkezlerinden birine cevirib

 

 

“Turizmin inkişafı ilə bağlı bu il də əlavə tədbirlər görüləcək”. 
 

"Qarabaginfo" " Apa.az"a istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib. 
 

Dövlət başçısı deyib ki, 2018-ci il Tanap layihəsinin icrası, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti üçün önəmli il olacaq: “Bu il ölkədə 2 min km-dən çox avtomobil yolu çəkiləcək. Bölgələrdə qazlaşdırma işlərinin 95 faizə çatdırılması nəzərdə tutulub. 100 min hektardan çox yeni sahənin su təminatı təşkil ediləcək”.
 

Prezident İlham Əliyev qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü qeyd ediləcək: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi hadisə idi. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bütün bunları nəzərə alaraq, 2018-ci ili " Azərbaycan Xalq Cümhuriyyət ili elan edirəm”.  



Xəbəri paylaş

643 dəfə oxunub.

Digər xəbərlər