"Şeş-Beş" kafesi karantin qaydalarını pozub
Tarix: 11-01-2021 | Saat: 11:02
Bölmə:Karusel / Gündəm | çapa göndər
408 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-01-2021 | Saat: 11:02
Bölmə:Karusel / Gündəm | çapa göndər
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərdə xidmət aparan zaman Bakıxanov qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən "Şeş-Beş" kafesini aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Qarabaqinfo.az-a verilən məlumata görə, obyektin fəaliyyəti dərhal dayandırılıb.
Ora baxış zamanı kafenin sahibi vətəndaş Anar Abdullayev və daha 5 müştəri saxlanılaraq ərazi üzrə Sabunçu PRİ-nin 13-cü Polis Bölməsinə gətirilib. Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə ediliblər və onlarla profilaktik söhbətlər aparılıb.
Kafenin sahibi A. Abdullayevin etdiyi qanun pozuntusuna qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəmə orqanlarına göndərilib.
Xəbəri paylaş
Digər xəbərlər
16-06-2026, 14:39
Əli Əsədov Özbəkistana işgüzar səfər edib
23-03-2022, 21:50
Kürdəmirdə 19 yaşlı gənc qonşusunun həyətində intihar edib
15-11-2024, 20:38
Robert Köçəryan məcburi qaydada məhkəməyə gətiriləcək
24-10-2024, 16:35
Süd vəzi xərçənginin diaqnostikası icbari tibbi sığorta ilə qarşılanır
5-03-2021, 22:24
Erməni diversantlar Ağdama daxil olub? - RƏSMİ AÇIQLAMA
17-07-2020, 20:53
Lənkəranda və Samuxda iyulun 20-dən sərtləşdirilmiş karantin olmayacaq
25-07-2025, 16:53
“TASS-dan çıxarılmağımla bağlı geniş açıqlamam olacaq” –Mixail Qusman


















