Saytımızı qiymətləndirin


 
 

Robert Köçəryan məcburi qaydada məhkəməyə gətiriləcək
Tarix: 15-11-2024 | Saat: 20:38
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində “1 Mart” işi üzrə məhkəmə prosesi davam edib.

Qarabaginfo.az bildirir ki, bu işlə bağlı ittiham olunan sabiq prezident Robert Köçəryan, sabiq müdafiə naziri Seyran Ohanyan və general Yuri Xaçaturov bu günkü məhkəməyə gəlməyiblər. Əvəzində onların hüquqşünasları gəlib.

İclasın katibi bildirib ki, təqsirləndirilən şəxslər Ohanyan və Xaçaturova lazımi qaydada məlumat verilib, Köçəryanın bildirişi isə “iddiasız” qeydi ilə geri qaytarılıb.

Məhkəmə növbəti prosesdə iştirakını təmin etmək üçün Seyran Ohanyan, Yuri Xaçaturov və Robert Köçəryanın məcburi qaydada məkəməyə gətirilməsi haqqında qərar verib.

Qeyd edək ki, 1 mart 2008-ci ildə prezident seçkilərinin nəticələrinə etiraz edən aksiyaya atəş açmaq əmri verilib. Nəticədə həlak olan və yaralananlar olub.



Xəbəri paylaş

27 dəfə oxunub.

Digər xəbərlər
28-05-2023, 18:48 Ərdoğan çağırış edib