Saytımızı qiymətləndirin


 
 

Lənkəranda qapalı zalda futbol oyunu təşkil edənlər cərimələndi
Tarix: 08-12-2020 | Saat: 11:04
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Polis Akademiyasina kursantlarin qebuluna baslanir - Azadliq Xeber

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Qarabaginfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəranda bu istiqamətdə keçirilən tədbirlər zamanı karantin rejiminin qaydalarını kobud şəkildə pozaraq rayonun Kərgəlan kəndi ərazisindəki qapalı zalda futbol oyunu təşkil edən 10 nəfər rayon sakini müəyyən edilib.

Həmin şəxslər Lənkəran ŞRPŞ-yə gətirilib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 200 manat məbləğində cərimə olunublar. Obyektin sahibi V.Yusubov barəsində toplanmış materiallar isə baxılmasından ötrü Lənkəran Rayon Məhkəməsinə göndərilib.



Xəbəri paylaş

277 dəfə oxunub.

Digər xəbərlər