Ordudan ilk bu şəxslər təxris ediləcək - SİYAHI
Tarix: 01-12-2020 | Saat: 15:18
Bölmə:Karusel / Gündəm | çapa göndər
420 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 01-12-2020 | Saat: 15:18
Bölmə:Karusel / Gündəm | çapa göndər
Səfərbərlik üzrə çağırışa əsasən hərbi xidmətə çağrılmış şəxslərin təxris prosesinə başlanılır.
Qarabaginfo.az-ın məlumatına görə, aşağıdakı şəxslər dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətdən təxris edilir:
- üç və ya daha çox uşağı olan;
- himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan;
- himayəsində yetkinlik yaşına çatmayan bacısı və ya qardaşı olan;
- ailənin tək övladı olan;
- ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş;
- döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan;
- yaxın qohumları Ermənistan Respublikasının hərbi təxribatları və Azərbaycan Respublikasının ərazilərini atəşə tutması nəticəsində həlak olmuş;
- mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində, eləcə də onların filiallarında, Azərbaycan Milli Elmlər Akademiyasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda nəzərdə tutulmuş digər elmi təşkilatlarda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alan.
Xəbəri paylaş
Digər xəbərlər
23-09-2023, 11:31
“120-dən çox dövlət qurumu təhlükəsizlik təlimatı hazırlayıb”
19-07-2022, 16:05
Aİ-ÜST layihəsi çərçivəsində Azərbaycanda psixi dəstək göstərilənlərin sayı açıqlanıb
25-03-2022, 08:05
Avropa İttifaqı Rusiya qazının pulunu rublla ödəməyəcək
20-07-2026, 11:08
Kəlbəcərə dolu düşüb - FAKTİKİ HAVA
20-04-2024, 15:58
COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir
16-07-2020, 18:18
General Polad Həşimovun yerinə o TƏYİN EDİLDİ
29-07-2025, 10:39
Taleh Kazımov bank rəhbərləri ilə strateji prioritetləri müzakirə edib
26-01-2025, 18:18
Hakan Fidan İraq prezidenti və baş nazir ilə görüşüb

















