Eksternat imtahanlarının vaxtı açıqlanıb
Tarix: 24-11-2020 | Saat: 12:45
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
448 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 24-11-2020 | Saat: 12:45
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər

Bakı şəhəri üzrə eksternat qaydasında aralıq imtahanları 28 dekabr 2020-ci il tarixdən 16 yanvar 2021-ci il tarixədək paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.
BŞTİ-dən Qarabaginfo az-a bildirilib ki, əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanları üçün onlayn sənəd qəbulu isə dekabrın 18-dək davam edəcək.
Eksternat imtahanlarında iştirak etmək istəyən şəxslər müvafiq sənədləri eksternat.senedqebulu@baku.edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar. Apa
Xəbəri paylaş
Digər xəbərlər
16-01-2022, 13:35
İranda fəhlələr etiraza qalxdı
1-09-2021, 16:12
Nazim İbrahimov: "Elçin Əliyevi Rövşən Əkbərov qətlə yetirib"
6-03-2022, 21:23
Türkiyədə koronavirusdan daha 170 nəfər ölüb
21-11-2025, 15:28
Pezeşkian “guya dost olan ölkələr kömək etmədi” dedikdə Azərbaycanı nəzərdə tutur?
20-06-2022, 10:52
Son 4 ildə şəhid ailələri, müharibə əlillərinə təqaüd və müavinətlər 2,5 dəfə artıb
1-03-2022, 00:18
Rüstəm Muradov “qara siyahı”ya salındı
28-05-2025, 22:54
Lavrov və Rubio arasında telefon danışığı olub
6-07-2026, 19:56
Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya qoşulacaq
26-01-2022, 15:25
Azərbaycanda son zamanlar yoluxmaların 90 faizi “Omikron”la bağlıdır
19-06-2025, 08:23
Ölüm olan klinikada yoxlama aparıldı - Həkim qanunsuz işləyirmiş

















