Saytımızı qiymətləndirin


 
 

“GÖRƏSƏN, BU CİNAYƏTKAR İNDİ NECƏ YATIR?...” – Anjey Kasprşik Köçəryan haqqında sabiq XİN rəhbərinə nə deyib?
Tarix: 09-11-2020 | Saat: 17:51
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

1999-2004-cü illərdə Azərbaycanın Xarici İşlər naziri olmuş, hazırda isə ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev “Feysbuk”da Ermənistanın sabiq prezidenti Robert Köçəryanla bağlı maraqlı bir paylaşım edib.

Qarabaginfo.az xəbər verir ki, sabiq XİN rəhbəri nazir olduğu vaxt ATƏT sədrinin şəxsi nümayəndəsi vəzifəsini daşıyan Anjey Kasprşikin R.Köçəryan barədə ona söylədiklərini yazıb. O, Kasprşikin Köçəryanı bu cür təsvir etdiyini yazıb: “O, elə insandır ki, öz əllərilə, gözünü qırpmadan onlarla azərbaycanlını – hərbi əsirləri, uşaqları, qocaları, qadınları güllələyib, sonra üzərinə qan çilənmiş köynəyini dəyişərək otura, yüngül şam edə və sonra da xüsusi heç nə baş verməmiş kimi dərin yuxuya gedərək yata bilər”.

 

 

Bəli, bunu biz yox, xarici diplomat deyir. Göründüyü kimi, Azərbaycan tərəfinin dəfələrlə qatil, cani və terrorçu olduğunu bəyan etdiyi R.Köçəryanın cinayətkar mahiyyətini, xislətini ATƏT sədrinin nümayəndəsi, məşhur diplomat A.Kasprşik də anlayıbmış. Yəqin ki, diplomatda Köçəryanla görüşlərdən və şəxsi söhbətlərdən sonra belə bir təəssürat yaranıb. Əslində isə istər Köçəryanın, istərsə də digər uşaq qatili, yenə Ermənistanın prezidenti vəzifəsini daşımış Serj Sarqsyanın əlinin günahsız azərbaycanlıların qanına batdığı, onların Xocalı qətliamının əsas təşkilatçıları və icraçıları olduğu heç kimə sirr deyil.

Vilayət Quliyev paylaşımının sonunda haqlı olaraq, sual verir ki, görəsən bəs, Köçəryan özünün və cinayətkar dəstəsinin baiskarı olduğu manaqişə nəticəsində hazırda hər gün onlarla erməni əsgərinin və zabitinin öz qanında boğulduğu və onsuz da zəif, ölüvay gündə olan erməni genofondunun məhv olduğu indiki vaxtda necə yatır? “AzPolitika.info” 



Xəbəri paylaş

402 dəfə oxunub.

Digər xəbərlər