Saytımızı qiymətləndirin


 
 

Bayden qalibiyyətə yaxındır
Tarix: 05-11-2020 | Saat: 11:57
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Bayden qalibiyyətə yaxındır

 

ABŞ Prezident seçkilərində Demokratlar partiyasından namizəd Cozef Bayden qalibiyyətə yaxın olduğunu açıqlayıb və ölkəni milli birliyə çağırıb.

Qarabaginfo.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, Miçiqan və Viskonsin kimi həlledici ştatlarda üstünlük əldə edən Bayden Trampın 214 səsinə qarşı ümumilikdə 264 səs toplayıb. Qalib gəlmək üçün hər hansı namizədin 270 səs toplaması lazımdır. Respublikaçılardan namizəd, hazırki Prezident Donald Tramp məğlub olacağı təqdirdə nəticələri qəbul etməyəcəyini və məhkəməyə müraciət edəcəyini bildirib.

“Uzun bir gecə davam edən səs saymadan sonra bəlli oldu ki, qalibiyyət üçün lazım olan 270 səsi toplamaq üçün kifayət qədər ştatda seçkiləri qazanmışıq. Bura qazandığımızı elan etmək üçün gəlməmişəm, amma səs sayma bitdikdən sonra qalib gələcəyimizə inandığımızı bildirmək üçün buradayam”,- deyə Bayden Vilminqton şəhərindəki çıxışında bildirib.



Xəbəri paylaş

352 dəfə oxunub.

Digər xəbərlər