Saytımızı qiymətləndirin


 
 

“Bu “Mercedes“ mənim xəyalım olub“ deyən əsgər avtomobilinə qovuşdu  - Fotolar
Tarix: 27-10-2020 | Saat: 13:14
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Azərbaycan Ordusu Xocavənd rayonunun Hadrut (Ağoğlan) qəsəbəsini işğaldan azad etdikdən sonra əsgərlər yaşayış məntəqəsinə daxil olarkən bir əsgərin "Sən Allah o Mercedesə bax, ikiqapılı, xəyalım olub mənim" deyən hərbçimizin arzusunu reallaşdıran biznesmen onunla görüşüb.

Qarabaginfo.az xəbər verir ki, "Novco Group of Companies"- in təsisçisi və direktoru, biznesmen Fərid Novruzi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Sözügedən əsgərlə görüşən iş adamı onun yaralandığını bildirib:

“Qəhrəman qardaşım tapıldı. Allahın işinə baxın. Onu deyim ki, qardaşımızı Allah saxlayıb. O, döyüşlərdə ayağından aldığı güllə yarası səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi, lakin yarası tam sağalmadan yenə də cəbhəyə qayıtdı. Ordu rəhbərliyi halını müəyyən edib onu tam müalicəsini bitirməsi üçün evinə məzuniyyətə yolladı. Və dünən səhər, sosial şəbəkə hesabıma bir izləyicim əsgər qardaşımızı təsadüfən bir neçə gün öncə hospitalda gördüyünü yazdı və onun kontaktlarını göndərdi, əlavə etdi ki, qardaş təkrar cəbhəyə yollanıb. Bir tərəfdən üzüldüm onu görmədiyimə, digər tərəfdən belə igid ilə qürur duydum. Qərar aldım ki, qardaşa yenə də zəng edib, onunla telefon vasitəsi ilə tanış olum və hədiyyəsi barəsində xəbər verim. Və nə olsa yaxşıdı? Qardaş dedi ki, şəhərə gəlirəm, axşam görüşə bilərik. İnanın elə xoşbəxt idim ki, elə sevinirdim ki, və dünən axşam bir araya gəldik. Qardaşın üzünü məlum səbəblər ilə göstərə bilmirəm, amma Hadrut hekayəsini danışanda, maşını necə gördüyünü (bu arada ürəyindəki sözləri ifadə edərkən çəkiliş edildiyini bilmirdi), nə hisslər keçirdiyini, hamsını mənimlə bölüşdü”.

Biznesmen həmin əsgərin özünün güllə yarası almağına baxmayaraq döyüş yoldaşını təhlükəsiz yerə daşıdığını yazıb:

“Və bir şey danışdı, bunu paylaşmaya bilmərəm. Döyüş vaxtı ayağından güllə yarası alanda  digər döyüş yoldaşı daha da ağır yaralanıb. Özü yaralı ola-ola yoldaşını təhlükəsiz yerə qədər öz üzərində aparıb. Yoldaşına yaralı olduğunu bildirməyib. Yolda yoldaşı deyir ki, bizi burdan sağlam çıxar və əsas da özünü qoru, zarafatla da əlavə edib ki, “unutma, səni iki qapılı maşın gözləyir”.  Nə deyim. Vallah, belə oğullarımız olduqca bu dövlətə heç bir zərər gəlməz, heç bir düşmən önümüzdə dayana bilməz. Allah igidlərimizi qorusun! Allah ordumuzu müzəffər etsin!”.

Qeyd edək ki, Fərid Novruzi bir müddət əvvəl hərbçinin arzu etdiyi avtomobili ona almışdı.

“Bu “Mercedes“ mənim xəyalım olub“ deyən əsgər avtomobilinə qovuşdu - Fotolar
“Bu “Mercedes“ mənim xəyalım olub“ deyən əsgər avtomobilinə qovuşdu - Fotolar


Xəbəri paylaş

402 dəfə oxunub.

Digər xəbərlər