Saytımızı qiymətləndirin


 
 

Azərbaycan neft istehsalını 7,6% azaldıb, qaz istehsalını 8,3% artırıb
Tarix: 16-10-2020 | Saat: 11:34
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Azərbaycan neft istehsalını 7,6% azaldıb, qaz istehsalını 8,3% artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mәdәnçıxarma sәnayesindә istehsalın ümumi dәyәri 16,7 mlrd. manat olmaqla, әvvәlki ilin yanvar-sentyabr aylarına nisbәtәn 6,1% azalıb.

Dövlət Statistika Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, sahәnin әsas mәhsulu olan әmtәәlik xam neft hasilatı 26 mln. ton, әmtәәlik tәbii qaz hasilatı isә 19,4 mlrd. kub metr tәşkil edib. Ötən ilin müvafiq göstəricisi ilə müqayisədə, əmtәәlik neft hasilatı 7,6% azalıb, әmtәәlik qaz hasilatı isә 8,3% artıb.

Bu ilin doqquz ayında ölkədə neft mәhsullarının istehsalı sahәsindә istehsalın ümumi dәyәri 2257,3 mln. manat olub ki, bu da әvvәlki ilin müvafiq dövrü ilə müqayisәdә 5,5% azdır.

Neft mәhsullarından sürtkü yağlarının istehsalında 10,5% artım, neft-kimya sәnayesindә istifadә üçün benzinin istehsalı 20%, neft koksunun istehsalı 21,9%, ağ neftin istehsalı 22,5%, yanacaq mazutunun istehsalı 55,4% azalma qeydə alınıb.



Xəbəri paylaş

331 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70