Saytımızı qiymətləndirin


 
 

“Bu vəziyyətə görə Paşinyan hökuməti məsuliyyət daşıyır” - Şarmazanov
Tarix: 15-10-2020 | Saat: 11:15
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

“Bu vəziyyətə görə Paşinyan hökuməti məsuliyyət daşıyır”

 

Ermənistanın Dağlıq Qarabağ münaqişəsində döyüş meydanında və diplomatik sahədə uğursuzluqları ölkədə siyasi böhrana və fikir ayrılıqlarına səbəb olub. Bir çox siyasətçi və ictimai fiqur Paşinyan hökumətinin ölkəni uçuruma sürüklədiyini düşünür.

Qarabaginfo.az “ArmenianReport”a istinadən xəbər verir ki, Ermənistanın keçmiş hakim partiyası olan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov da son açıqlamasında ölkədəki mövcud vəziyyətə görə Paşinyan hökumətini təqsirləndirib.

Onun sözlərinə görə, hazırkı vəziyyət Paşinyanın uzaqgörən olmamasından qaynaqlanır.

“Hazırkı vəziyyət Paşinyanın danışıqlara öz nöqteyi-nəzərindən yanaşmasının nəticəsidir və yaranmış vəziyyətə görə bütün məsuliyyəti mövcud hökumət daşıyır”,- deyə o qeyd edib.

Xatırladaq ki, N. Paşinyan ötən gün Ermənistan ordusunun çətin anlar yaşadığını və itkilər verdiyini, bununla da məğlubiyyətini dolayı yolla da olsa, etiraf edib.

 



Xəbəri paylaş

340 dəfə oxunub.

Digər xəbərlər