Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın baş konsulunun Ermənistanın işğalçı siyasətinə dair məqaləsi “Los Angeles Times”-da dərc olunub
Tarix: 15-10-2020 | Saat: 10:03
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycanın baş konsulunun Ermənistanın işğalçı siyasətinə dair məqaləsi “Los Angeles Times”-da dərc olunub

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ermənistanın işğalçılıq siyasəti haqda yazdığı məqalə 14 oktyabr 2020-ci il tarixində ABŞ-ın nüfuzlu “Los Angeles Times” qəzetində dərc edilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Qarabaginfo.az-a verilən məlumata görə, məqalədə baş konsul Dağlıq Qarabağın mübahisəli ərazi olmadığını, Azərbaycanın tərkib hissəsi olduğunu və bunun beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edildiyini diqqətə çatdırır. N.Ağayev Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışaraq, ölkəmizin 20% ərazisini təşkil edən Dağlıq Qarabağ və ətraf yeddi rayonun Ermənistan tərəfindən qanunsuz şəkildə işğal edildiyini və 800 min dinc azərbaycanlının öz doğma yurdlarından didərgin salındığını bildirir.

Baş konsul Ermənistanın bu işğalını pisləyən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, eləcə də 30 ilə yaxındır davam edən və heç bir nəticə verməyən danışıqlara baxmayaraq, Ermənistanın Azərbaycan torpaqlarının bu qanunsuz işğalını davam etdirdiyini qeyd edir.



Xəbəri paylaş

321 dəfə oxunub.

Digər xəbərlər