Saytımızı qiymətləndirin


 
 

Nazir: "Məktəb yaşının aşağı salınmasına çalışmalıyıq"
Tarix: 01-10-2021 | Saat: 20:07
Bölmə:Karusel / Təhsil | çapa göndər

Əmirullayevə "əzələ nümayişi": Rektor nazirliyin komissiyasını qovub? (İDDİA) » Qlobal.Az

"Erkən uşaq inkişafı və məktəbə tez başlama vacib məsələdir. Uşaqlar 1-5 yaşında bağçaya gedə bilir, bu baxımdan, erkən uşaq təhsili baxımından zəiflik hiss olunur".

Qarabaginfo.az xəbər verir ki, bunu "Təhsildə yeni çağırışlar" II Beynəlxalq Forumunda çıxış edən Təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, əsas çağırışlardan biri erkən məktəbə başlama yaşı ilə bağlıdır: "Zənnimcə, 6 yaş gecdir. Məktəb yaşının 5-ə qədər azaldılmasına çalışmalıyıq. Sosial-iqtisadi və yaxud məkan baxımından olan məqamları kənara qoyaraq. Bu baxımdan siyasət formalaşdıran tərəflər çalışmalıdılar. Qarşımızda duran ikinci vacib məsələ təhsilin kontenti, məzmunudur. Uşaqları nəyə hazırlayırıq? 10-15 yaşında olan uşaqlar 20-30 ildən sonra soruşacaqlar bizə nə öyrətdiniz, bunun bir faydası varmı, həyatımız necə dəyişdi? Daha yaşlı nəslin ideyaları gənc nəslə nə qədər ötürülür? Biz gələcyi görürükmü? Bu, əsas həlledici suallardan biridir".



Xəbəri paylaş

1305 dəfə oxunub.

Digər xəbərlər
23-03-2021, 17:04 ...İynə ilə kitab yazan