Saytımızı qiymətləndirin


 
 

Yazıçıdan ermənipərəst Elif Şəfəqlə bağlı “Qanun” nəşriyyatına  ETİRAZ
Tarix: 14-10-2020 | Saat: 15:25
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

“Qarabağda gedən savaş sıradan savaş deyil. Bu, Vətən müharibəsidir. Bizə qarşı döyüşən hər kəslə döyüşməliyik – istər cəbhə bölgəsində, istərsə diplomatik sahədə, istərsə də daxili düşmənlərimizlə”

Qarabaginfo.az xəbər verir ki, bunu yazıçı Tağı Türk türkiyəli yazıçı Elif Şəfəqin özünün sosial şəbəkə hesabından paylaşdığı “Sülh” çağırışına münasibət bildirərkən deyib.

O, Elif Şəfəqin bu addımını pisləyib: “Düşmənimizin tərəfində duranlar da bizim düşmənimiz olmalıdır. Bir ədəbiyyat adamı kimi Elif Şəfəqin Twitter hesabında paylaşdığı postunu mən də qətiyyətlə pisləyirəm, onun kitablarının Azərbaycanda yayımının baykot edilməsilə bağlı çağırışlara da qoşuluram”.

Tağı Türk Elif Şəfəqin kitablarını baykot etməyən nəşriyyatlara da öz etirazını bildirib:

“Bu gün bir sıra nəşriyyatlar Elif Şəfəqin kitablarının çap edilməsi və yayılmasını baykot etdikləri ilə bağlı məlumat yaydılar. Amma çox təəssüf ki, “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu çağırışların əksinə gedərək baykotdan imtina edib. Bu, məndə çox tə’ssüf hissi yaratdı. Azərbaycanın öndə gedən nəşriyyatlarından biri maddi maraqları Vətən maraqlarından üstün tutdu. Çox təəssüf!”.

Qeyd edək ki, yazıçı Elif Şəfəq erməni müğənni Simon Mağakyanın Şuşa kilsəsindəki ifasını paylaşıb və HDP-nin erməni əsilli deputatına təşəkkür edib.



Xəbəri paylaş

484 dəfə oxunub.

Digər xəbərlər