Ana Sayfa > Karusel / Mədəniyyət > Yazıçıdan ermənipərəst Elif Şəfəqlə bağlı “Qanun” nəşriyyatına
Yazıçıdan ermənipərəst Elif Şəfəqlə bağlı “Qanun” nəşriyyatına14-10-2020, 15:25. Yazar: Admin |
“Qarabağda gedən savaş sıradan savaş deyil. Bu, Vətən müharibəsidir. Bizə qarşı döyüşən hər kəslə döyüşməliyik – istər cəbhə bölgəsində, istərsə diplomatik sahədə, istərsə də daxili düşmənlərimizlə” Qarabaginfo.az xəbər verir ki, bunu yazıçı Tağı Türk türkiyəli yazıçı Elif Şəfəqin özünün sosial şəbəkə hesabından paylaşdığı “Sülh” çağırışına münasibət bildirərkən deyib. O, Elif Şəfəqin bu addımını pisləyib: “Düşmənimizin tərəfində duranlar da bizim düşmənimiz olmalıdır. Bir ədəbiyyat adamı kimi Elif Şəfəqin Twitter hesabında paylaşdığı postunu mən də qətiyyətlə pisləyirəm, onun kitablarının Azərbaycanda yayımının baykot edilməsilə bağlı çağırışlara da qoşuluram”. Tağı Türk Elif Şəfəqin kitablarını baykot etməyən nəşriyyatlara da öz etirazını bildirib: Qeyd edək ki, yazıçı Elif Şəfəq erməni müğənni Simon Mağakyanın Şuşa kilsəsindəki ifasını paylaşıb və HDP-nin erməni əsilli deputatına təşəkkür edib. Geri dön |