Saytımızı qiymətləndirin


 
 

Sabahın hava proqnozug
Tarix: 28-09-2020 | Saat: 13:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

Buludlar niyə ağ rəngdədir? -

Sentyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz  cənub-şərq küləyi ilə əvəz olunacaq.  

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-19, gündüz  23-26, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer  təzyiqi norma daxilində  770 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz  təşkil edəcək.  

Sentyabrın 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir  yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 14-19, gündüz 25-30, dağlarda gecə 7-11, gündüz  12-17 dərəcə  isti olacaq.   

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.



Xəbəri paylaş

304 dəfə oxunub.

Digər xəbərlər