Saytımızı qiymətləndirin


 
 

Özünü öldürmək istədi, xilas olundu
Tarix: 10-09-2020 | Saat: 14:45
Bölmə:Karusel / Kriminal | çapa göndər

Özünü öldürmək istədi, xilas olundu

Bu gün səhər saatlarında Bərdə şəhərində intihara cəhd hadisəsi baş verib. 

“Qarabagino”nun verdiyi xəbərə görə, çoxsaylı xəstəliklərdən əziyyət çəkən Nəsirov İlham Cavanşir oğlu sağ ayağındakı diabetik qanqrenadan sonra həkimlərin amputasiya edilməsi zərurətini deməsindən depressiyaya düşərək özünə qəsd etmək istəyib.

O, Heydər Əliyev prospektində özünü yandırmaq istəyərkən ətrafdakı adamların müdaxiləsi ilə buna imkan verilməyib.

Ayda 233 manat təqaüd alan ikinci qrup əlil olan İlham Nəsirovun xəstəlikdən dolayı son zamanlar əsəbləri pozulub və psixi durumu qaydasında deyil. Ayağının amputasiya olunacağı ehtimalındansa, tamamilə şoka düşərək özünə qəsd etmək istəyib.

Əldə etdiyimiz son məlumata görə, İ.Nəsirovun vəziyyəti normaldır və həyatına heç bir təhlükə yoxdur.



Xəbəri paylaş

384 dəfə oxunub.

Digər xəbərlər
18-09-2022, 14:45 Rəisi Nyu-Yorka getdi