Saytımızı qiymətləndirin


 
 

Parlamentdə təmsil olunan partiyaların sayı 11 oldu
Tarix: 04-09-2020 | Saat: 13:35
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Azərbaycanda parlament partiyalarının sayı 11-ə çatıb

Azərbaycanda parlament partiyalarının sayı artıb.

Qarabaginfo.az xəbər verir ki, indiyədək parlamentdə 9 siyasi partiya təmsil olunurdu.

Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev bildirib ki, rəhbərlik etdiyi partiya sentyabrın 1-də dövlət qeydiyyatına alındığı üçün rəsmən parlament partiyası sayılacaq.

Bundan başqa, həmin gün (1 sentyabr 2020-ci il) ReAl Partiyası da dövlət qeydiyyatına alınıb. ReAl-ın üzvü Erkin Qədirli Milli Məclisdə təmsil olunduğundan bu partiya da rəsmən parlament partiyası sayılacaq (E.Qədirli bu barədə açıqlama verib).

Bununla da parlament partiyalarının sayı 9-dan 11-ə çatıb.

İndiyədək parlamentdə təmsil olunan partiyalar bunlar idi: Yeni Azərbaycan Partiyası (YAP), Vətəndaş Həmrəyliyi Partiyası (VHP) , Böyük Quruluş Partiyası (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Ana Vətən Partiyası (AVP), Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP), Vətəndaş Birliyi Partiyası (VBP) və Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP). "Report"



Xəbəri paylaş

497 dəfə oxunub.

Digər xəbərlər