Saytımızı qiymətləndirin


 
 

Bayramovla Lavrov mətbuat konfransı keçirdi  - Video
Tarix: 26-08-2020 | Saat: 16:35
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Bayramovla Lavrov mətbuat konfransı keçirdi

 

Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirləri arasında danışıqların yekunları ilə bağlı birgə mətbuat konfransı keçirilib.

Qarabaginfo.az xəbər verir ki, Ceyhun Bayramovla Sergey Lavrov jurnalistlərin suallarını cavablandırıb.

Ceyhun Bayramov Dağlıq Qarbağ münaqişəsi ətrafında gedən danışıqlar prosesinin gələcək perspektivləri ilə bağlı mövzuya münasibət bildirib:

“Qeyd etmək istərdim ki, Azərbaycanın danışıqlar prosesində konstruktiv mövqeyi real addımlarla əsaslanır. 20 faiz torpaqlarının 30 ilə yaxındır işğal altına olmasına baxmayaraq, Azərbaycan danışıqlara hələ də davam edir. Bu o deməkdir ki, Azərbaycan münaqişənin siyasi həllinin tərəfdarıdır.

Bununla yanaşı biz hesab edirik ki, bu məsələyə dair kifayət qədər ciddi hüquqi normativ baza mövcuddur və danışıqlar prosesi ilk növbədə BMT TŞ-nin 4 qətnaməsi olmaqla beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərə uyğun aparılmalıdır. Bu nöqteyi-nəzərdən biz danışıqları prosesinin davam etdirilməsinin tərəfdarıyıq. Biz hesab edirik ki, danışıqlar prosesi konkret suallar ətrafında getməli, imitasiya olmamalı və substantiv əhəmiyyət daşımalıdır. Bununla yanaşı danışıqlar prosesinə mane olan bütün addımlar və bəyanatlar beynəlxalq ictimaiyyət və həmsədr ölkələr tərəfindən qınanmaldır”.



Xəbəri paylaş

379 dəfə oxunub.

Digər xəbərlər