Prezident İlham Əliyev Alekdsandr Lukaşenkonu prezident seçilməsi münasibətilə təbrik edib
Tarix: 10-08-2020 | Saat: 13:52
Bölmə:Karusel / Dünya | çapa göndər
631 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 10-08-2020 | Saat: 13:52
Bölmə:Karusel / Dünya | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng edib.
Qarabaginfo.az xəbər verir ki, Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, dövlətimizin başçısı A.Lukaşenkonu prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona Belarus xalqının firavanlığı və ölkənin inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Belarus Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə ediblər.
Telefon söhbəti zamanı əməkdaşlığın müxtəlif sahələrinin perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Xəbəri paylaş
Digər xəbərlər
10-02-2022, 07:42
Pekin-2022: Azərbaycan təmsilçisi final mərhələsində çıxış edib
4-06-2020, 14:25
Vətəndaşlar vacib halda evdən çıxarkən 102-yə zəng vurmalıdır
15-03-2024, 12:32
İki internet provayderi cərimələndi
10-05-2021, 10:46
İlham Əliyev Naxçıvan Muxtar Respublikasında səfərdədir
30-05-2023, 11:14
Deputat dövlət müəssisələrində çalışmanın son yaş həddinin 65-dən 70-ə qaldırılmasını təklif edib
24-10-2023, 14:56
Konstitusiya dəyişə bilər - Referendum GÖZLƏNTİSİ VAR
16-03-2025, 22:48
İlqar Hacıyev istintaqa çağırılıb


















