Saytımızı qiymətləndirin


 
 

Laçınlı Gənclər Prezident ilham Əliyevin döyüş əmrini səbirsizliklə gözləyirlər.
Tarix: 16-07-2020 | Saat: 17:40
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Laçın Rayon İcra Hakimiyyəti adlı şəxsin şəkli.

 

 

Laçınlı gənclər Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab ilham Əliyevin döyüş əmrini səbirsizliklə gözləyirlər.

2020-ci il 12 iyul tarixdən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mövqelərimizi ələ keçirmək məqsədilə törətdiyi növbəti təxribatın qarşısı odumuzun şücaəti sayəsində qətiyyətlə alınmış,igid döyüçülərimizin həyata keçirdiyi adekvat xarakterli əks tədbirlər nəticəsində düşmən geri oturdurularaq, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilmişdir

İyulun 15-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə Prezidenti cənab İlham Əliyevin çıxışından sonra ölkəmizin sonra ayrı-ayrı şəhər və rayonlarında müvəqqəti məskunlaşmış 200-dən çox

laçınlı gənclər də döyüşdə könüllü şəkildə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon bölməsinə müracət edərək hərbi qeydiyyata alınmışdır.
Mənfur düşmənə qarşı döyüşlərdəkönüllü şəkildə iştirak etmək üçün müraciət edən laçınlı gənclərə rayon rəhbərliyinin təşəkkürü çatdırılmış, müraciətləri ilə bağlı onlara müvafiq qanunvericiliyin tələbləri ətraflı izah olunaraq, atdıqları bu addım yüksək qiymətləndirilmişdir.
Laçınılar Azərbaycan ordusuna dəstək vermək üçün hamılıqla Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə tam hazır olduqlarını bəyan etmişlər.
Hazırda da laçınlı gənclərin düşmənə qarşı döyüşlərdə könüllü şəkildə iştirakları ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon bölməsinə müracətləri davam etməkdədir.

 



Xəbəri paylaş

401 dəfə oxunub.

Digər xəbərlər