Ana Sayfa > Karusel / Qarabağ > Laçınlı Gənclər Prezident ilham Əliyevin döyüş əmrini səbirsizliklə gözləyirlər.
Laçınlı Gənclər Prezident ilham Əliyevin döyüş əmrini səbirsizliklə gözləyirlər.16-07-2020, 17:40. Yazar: Admin |
Laçınlı gənclər Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab ilham Əliyevin döyüş əmrini səbirsizliklə gözləyirlər. 2020-ci il 12 iyul tarixdən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mövqelərimizi ələ keçirmək məqsədilə törətdiyi növbəti təxribatın qarşısı odumuzun şücaəti sayəsində qətiyyətlə alınmış,igid döyüçülərimizin həyata keçirdiyi adekvat xarakterli əks tədbirlər nəticəsində düşmən geri oturdurularaq, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilmişdir İyulun 15-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə Prezidenti cənab İlham Əliyevin çıxışından sonra ölkəmizin sonra ayrı-ayrı şəhər və rayonlarında müvəqqəti məskunlaşmış 200-dən çox laçınlı gənclər də döyüşdə könüllü şəkildə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon bölməsinə müracət edərək hərbi qeydiyyata alınmışdır.
Geri dön |