Saytımızı qiymətləndirin


 
 

Prezidentin köməkçisi Azərbaycan jurnalistlərinin pandemiya şəraitində əməyini xüsusi qiymətləndiriib
Tarix: 10-07-2020 | Saat: 17:49
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Prezidentin köməkçisi Azərbaycan jurnalistlərinin pandemiya şəraitində əməyini xüsusi qiymətləndiriib

“Mən Azərbaycan jurnalistlərinin əməyini xüsusi qiymətləndirirəm, onlar ön cəbhədədirlər”.

Qarabaginfo.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Hacıyev deyib ki, jurnalistlər vətəndaşları dolğun, düzgün məlumatlandırmağa çalışırlar: “COVID-19-a yoluxub həyatını itirən jurnalistlərə rəhmət diləyirəm. Jurnalistlərin hamısının testdən keçirilməsinə gəlincə, müzakirə edərik, cavab verməkdə çətinlik çəkirəm”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Operativ Qərargahda sosial məsafə gözlənilir: “Gələcəkdə onlayn mətbuat konfransı da keçirilə bilər”.

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib ki, simptomları olan şəxslərin testdən keçirilməsi tövsiyə olunur: “İş yerlərində kütləvi testlərin aparılması tövsiyə olunmur. Çünki bu, insanlarda yanlış rahatlığa gətirib çıxara bilər. Əsas odur ki, sosial məsafəni saxlayın, maska taxın, əl gigiyenasına riayət edin”.



Xəbəri paylaş

439 dəfə oxunub.

Digər xəbərlər