Saytımızı qiymətləndirin


 
 

Çin Rusiyanın Ukraynada “Kinjal”dan istifadəsini NATO-nun üzünə yumruq adlandırıb
Tarix: 23-03-2022 | Saat: 07:52
Bölmə:Karusel / Dünya | çapa göndər

Çin Rusiyanın Ukraynada “Kinjal”dan istifadədini NATO-nun üzünə yumruq adlandırıb

Çin mediası Rusiyanın Ukraynada “Kinjal” hipersəs raket sistemindən istifadəsinin NATO-nun üzünə yumruq olduğunu yazıb.
Martın 18-də “Kinjal” raketi ilə hücuma məruz qalan sursat anbarı Sovet dövründə nüvə silahlarının saxlanması üçün istifadə edilən yeraltı obyekt olduğundan qanadlı raketlər və adi bombalar ora təsirli şəkildə düşə bilməzdi.
Sina.com portalı iddia edir ki, əgər Rusiya raketi hədəfi vura bilməsəydi, o zaman Qərb onun səmərəsizliyi barədə iddialar səsləndirəcəkdi.

"İndi Qərb mediasının, eləcə də Kinjalın həqiqi xüsusiyyətlərini çoxdan şübhə altına alan NATO alyansının deməyə sözü yoxdur. Bu o deməkdir ki, Kinjalın ilk döyüş təcrübəsi uğurlu olub. Ukraynaya vurulan, əslində NATO-nun üzünə yumruq oldu”, - sina.com qeyd edib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi hipersəs raketləri ilə Kinjal kompleksindən istifadə etməklə İvano-Frankovsk vilayətində Ukrayna qoşunlarının böyük yeraltı sursat anbarının məhv edildiyini açıqlamışdı.(Apa)



Xəbəri paylaş

1221 dəfə oxunub.

Digər xəbərlər