Saytımızı qiymətləndirin


 
 

Avropa İttifaqı dönər və şaurmanı qadağan etmək istəyir
Tarix: 02-12-2017 | Saat: 12:23
Bölmə:Karusel / Sosial | çapa göndər

 

 

Avropa İttifaqı (Aİ) dönər və şaurmanı, o cümlədən dönər və şaurmanın ətinə əlavə edilən fosfatların istifadəsini qadağan etmək niyyətindədir.

"Qarabaginfo" "Report"a istinadən xəbər verir. Aİ-nin əsaslandığı araşdırmalara əsasən, fosfatlardan istifadə ilə ürək-damar xəstəliklərinin ortaya çıxması arasında mümkün əlaqə təsbit edilib.

Öz növbəsində, dönərin hazırlandığı küçə kafelərinin sahibləri Aİ rəhbərliyinə qarşı ittihamlar irəli sürüblər. Onlar dönər-kabab və şaurmanı ən çox Türkiyədən olan immiqrantların hazırldığını bildirərək bu məsələdə ayrı-seçkilik olduğunu iddia ediblər. Aİ daxilində bu qida xüsusilə Almaniyada məşhurdur.

Qeyd edilir ki, fosfatlar ətə dad qatmaq üçün əlavə olunur.



Xəbəri paylaş

660 dəfə oxunub.

Digər xəbərlər