Saytımızı qiymətləndirin


 
 

Alman deputatlar: “Azərbaycanda Milli Məclisə seçkilər demokratik şəkildə aparıldı”
Tarix: 10-02-2020 | Saat: 14:16
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

“Azərbaycanda Milli Məclisə seçkilər demokratik şəkildə aparıldı”. 

"Qarabaginfo" xəbər verir ki, bunu mətbuat konfransında bu gün keçirilən parlament seçkilərində müşahidəçi qismində çıxış edən alman deputatlar deyib. 

Onların sözlərinə görə, seçki məntəqələrində çox sayda seçici və müşahidəçilərin olması onların diqqətini cəlb edib. Bildirilib ki, Almaniyada təşviqat kampaniyalarına daha uzun müddət ayrılır.

Milli Məclisə keçirilən seçkilərdə ikinci dəfə iştirak edən beynəlxalq müşahidəçi, Almaniya Xarici İşlər Nazirliyinin keçmiş dövlət katibi Volf-Ruthart Bornun sözlərinə görə, seçki məntəqələrində hər şey yüksək səviyyədə təşkil olunub: 

“Azərbaycanın dəvəti ilə ikinci dəfədir seçkidə müşahidəçi qismində iştirak edirəm. Biz Azərbaycan hökumətinə dəvət üçün təşəkkür edirik. Əsasən, Bakı və Sumqayıt şəhərlərində yerləşən məntəqələrdə müşahidə apardıq. Amma həm də Lənkəran, Gəncə və Şəmkirdəki məntəqələrdə də seçkinin gedişatını izlədik. 

Bu gün Dağlıq Qarabağ zonası üzrə bir seçki məntəqəsində olduq. Şəxsi nəticələrim bunu  deməyə əsas verir ki, hər şey çox gözəl təşkil olunmuşdu və seçki gözəl keçirildi. Bütün müşahidələrimiz zamanı seçkinin çox yüksək səviyyədə keçirildiyini gördük. Biz nəticələrdən çox razı qaldıq”. 

Azərbaycan hökumətinin seçkini müşahidə etmək üçün Avropa İttifaqından da müşahidəçilər dəvət etdiyini deyən digər müşahidəçi Volf-Ruthart Born isə seçkilərin kifayət qədər sakit keçdiyini diqqətə çatdırıb.

Bundestaqın keçmiş deputatı Steffen-Claudio Lemme bildirib ki, seçkinin təşkilati səviyyəsi çox yüksək olub. 

Onun sözlərinə görə, parlament seçkisi heç bir narazılıq olmadan, şəffaf keçirilib. 

Steffen-Claudio Lemme ümumilikdə səkkiz məntəqədə müşahidə apardığını deyib. O bildirib ki, seçki bülletenlərində, əsasən, namizədlərin çoxunun heç bir partiyaya üzv olmadığını görüb:

“Seçicilərlə ünsiyyət qurmaq imkanımız oldu. Söhbət əsnasında seçicilər parlamentdə daha cavan insanların seçiləcəyinə ümid etdiklərini dedilər. Mən arzu edərdim ki, Azərbaycanda məktub-seçki formatı da işə düşsün”.

Müşahidəçi Birgit Vetzel də səkkiz seçki məntəqəsində müşahidə apardığını deyib.

Onun sözlərinə görə, bütün məntəqələrdə müşahidələrini heç bir problem olmadan apara biliblər:

“Bütün seçki məntəqələrində suallarımıza rahat, ətraflı cavab verdilər”.

Müşahidəçi Urs Unkauf deyib ki, müşahidələr zamanı seçki siyahısında çoxlu gənc namizədlərin adlarının olduğunu görüblər. Bunu müsbət hal sayan Urs Unkauf deyib ki, bu seçkilərdə qadın namizədlərin iştirak etməsi çox sevindirici idi.

O, yerli müşahidəçilərin prosesi izləməsindən razı qaldığını, səslərin düzgün qaydada və vaxtında hesablandığını da söyləyib.

Urs Unkauf onu da əlavə edib ki, Dağlıq Qarabağdan olan köçkünlər bu problemin sülh yolu ilə həll edilməsini istəyirlər:

“Azərbaycan hökuməti və Berlindəki Azərbaycan səfirliyinə minnətdarlığımı bildirirəm”.

 Oxu.Az



Xəbəri paylaş

437 dəfə oxunub.

Digər xəbərlər