Saytımızı qiymətləndirin


 
 

Dünyada koronavirusdan sağalanların sayı 1 milyonu ötdü
Tarix: 30-04-2020 | Saat: 09:59
Bölmə:Karusel / Dünya | çapa göndər

 

 

Dünyada koronavirusdan sağalanların sayı 1 001 933 nəfərə çatıb.

Qarabaginfo.az xəbər verir ki, ən çox sağalma İspaniya (132 929), ABŞ (120 720) və Almaniyada (120 400) qeydə alınıb.

Hazırda dünyada pandemiya qurbanlarının sayı 228 251-i ötüb. Qeydə alınmış yoluxma hallarının sayı isə 3 221 000-dən çoxdur.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. “Report”



Xəbəri paylaş

411 dəfə oxunub.

Digər xəbərlər