Saytımızı qiymətləndirin


 
 

Azərbaycanlı həkimin COVİD-19 virusu ilə bağlı təhlili
Tarix: 18-03-2020 | Saat: 18:02
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Image result for Covid 19

 "Qarabaginfo" M. Hüseynovun təhlilini təqdim edir:

  COVİD-19 un xronikasını izləsək, İrandan bizə ilk ehtimal olunan xəstə vətəndaşlar 22-23 fevralda keçdi. 25 fevralda ictimaiyyət ayağa qalxdı, 26 fevralda sərhəd qismən, 29 fevralda tam bağlandı. 1 həftə ərzində İrandan ölkəmiziə sizcə nə qədər insan keçə bilərdi? Məncə bu rəqəm günə 1500 adamdan az deyil! Ortalama 10000 götürək. Əyər yoluxma % ni 10 götürsək, bu 1000 virus şübhəli vətəndaş deməkdir.
Ölkədə gərəkli tədbirlərin hamısının gecikdirildiyi, səhiyyənin vəziyyəti, SN fəaliyyətsizliyi hamıya məlumdur. Sırf təsadüf və Allahın ümidinə buraxılan milləti nə gözləyirdi bəlli deyildi. 1000 vətəndaş indiyə kimi azı 10000 adamı yoluxdurmuş olmalı idi. Amma OLMADI!
Nədən olmadı? Çox faktorlar var. Gəlin araşdıraq.

1. Siyasi faktor- virusun adi qrip ştamı deyil, bioloji silah olması fikri səslənmişdi. ÇİN, ardınca Hindistan, Pakistan, Əfqansıtana toxunmadan İran, sonra Çinin Avropadakı N1 tərəfdaşı İtaliya, ardınca ABŞ ilə aktiv problemli Almaniya, Fransa və İspaniya ( bu 4 ölkədə vəziyyət digərlərindən pisdir). Qalır çevrəni tamamlayan Rusiya. Moskva 2 günə 64 yoluxma faktını elan etdi və həmin gün Belorusla sərhədi bağladı. Çinin ətrafında sputnik ölkələr çoxdur (Thailand, Vyetnam, Laos, və s,) amma heç birində durum belə ağır deyil. Hər işdə alt səbəb axtaranlar bu faktorda hardasa əmindirlər. Yəni Azərbaycan bu “zərbə” nöqtələrinə daxil deyildi, sədəcə “atom bombası partlayışınıın küləyi və radiasiyası vurdu” kimi düşünün. Yəni yaxşı qurtardıq.

2. Genetik faktor – bəzi müşahidəçilər əmindirlər ki, türk soyuna aid olan ölkələr genetik olaraq daha dayanıqlı olduğuna görə immunitetləri daha üstündür. Çinin uyğur bölgəsində virusun az, itkilərin olmaması, İranın Azərbaycan bölgələrində itkilərin minimum olması, Özbəkistan, Qazaxstan, Türkmənistan və Qırğızıstanda durumun qismən stabil olması, bu faktı irəli sürənlərin əsas arqumetnləridir. Qalır Türkiyədəki vəziyyəti gözləmək.

3. Mental faktor- biz, mental olaraq həkim sevmirik. Bir yerimizə bir şey olanda həkimə deyil, ya ağsaqqala, ya qonşuya, ya da uzağı bu xəstəliyi keçirtmiş bir yaxınımıza sorarıq. Onlar sizə hazır resept verərlər. Məsələn, İrandan gələn şəxs, özündən əmin olmaz, amma həkimə də getməz, baldızının feldşer ərinin məsləhəti ilə gündə 3 dəfə ringer laktat, natri-xlor və glukoza sistemləri qoydurar , mütləq ora bütün dünyada qadağan olunmuaş kakorboksilaza, analgin, dimerdol və vitamin C qatar. Evdə şvabranı qoyub sistem bağlayar və zoğal mürəbbəli çay içər. Arvadı (anası) banka qoyar, tərlədər ( əslində bədən temperaturunu 39-40 qaldırıb vrisuları məhv edər) və... sağalar. Hər halda təhlükəni özündən bir müddətli uzaqlaşdırar. Mən 100 deyil, 1 milyon % əminəm ki, İrandan gələnlərin hamısı bu praktikanı edib. Avropalı elədirmi? O burnunun ucu qaşınanda hospitala gedir, 3-4 gün müayinə altında qalar, 30-40 anliz verər, tam əmin olar sonra evə dönər.

4. Qida faktoru- ortastatistik azərbaycanlı qarnı üçün yaşayır. Sonuncu qəpiyini ən dadlı meyvəyə, tərəvəzə və ya təzə ətə verib yeyəcək. Bizim meyvə və tərəvəzlər, hələki ekologi təmiz və dadlıdırlar, günəşimiz boldur, yəni əslində düzgün və rahat yaşasaq bizdə orta ömür ən az 90 il olar. Hər kəsin soğan-sarımsaqlara hücum edib, dəfələrlə əlini yuması öz təsirini göstərir. Bundan başqa, hələ də orta nəsilin hesabına evdə yemək bişir. Deməli daha sağlam, daha gigiyenik və daha ekologi təmiz qidalanırıq. Bu immunitet üçün vacib faktordur. Virus 60 dərəcə suda ölür. Biz hamımız çay içənik. Gündə azı 4 dəfə qaynar çay içirik. Orta statistik avropalının səhəri kofe, günortası buterbrod, axşam da süni yemək (hazır).

5. Ailə faktoru- biz ailə-qəbilə halında yaşayırıq, evimiz analarımız, xanımarımız sayəsində rahat, təmizdir, hər gün hər yerin tozu alınır, döşəmə silinir, paltarlarımız evdə yuyulur, gigiyenik qaydalara əməl edirik və daxili rahatlığınız var. Düzdü, ekonomik sıxıntılar hər ailədə var, amma gələcəyə ümidimiz var , çünki uşaqlarımız var. Ailə insanı yaşamağa təşviq edən önəmli bir stimuldur.

6. Psixologi faktor- əhval ruhiyyəni yuxarı tutmaq, depresiyaya düşməmək, nə olursa olsun, zarafatlaşmalar, virusa mahnı, meyxana, atalar sözü yazmaq və s. Dərdlərimizi əqrabalarımzla bölüşürük, deməli stress də azalır. İçini tök, rahatla prinsipi, əslində elə psixologi dəstəkdir. Psixologi dayanıqlıq immunitetin ən önəmli silahıdır. Ortastatistik avropalı tək və köməksizdir, daima depressiyada və psixologi sıxıntı içindədir.

7. Və nəhayət “Azərbaycanlı olmaq” faktoru. Dəfələrlə yazmışam, dünyanın ən ağıllı, bütün şəraitlərə sürətlə uyğunlaşa bilən millətləri arasında mütləq ilk beşlikdəyik. Sədəcə şəraitimiz və şansımız yoxdur. Biz çoxdan “nə bu hökümətə inam var , nə də xəstəxanalara” prinsipi ilə yaşayırıq. Ancaq özümüzə güvənirik və özümüzü qoruyuruq. Ortastatistik avropalı Azərbaycanda yaşasa 2, uzağı 4 aya ya havalanar, ya da dönüb bizdən bizi olar. Biz hər zaman bir çıxış yolu tapırıq.

Bir sözlə, bu CV bizi vurmadı. İlk vaxtlar özlüyümdə, “150-200 adamla qurtarsaq qəhrəmanıq” düşünürdüm. Yenə də təhlükə tam sovuşmayıb, ehtiyatı , xüsusilə gigiyenanı əldən vermək olmaz. Amma Azərbaycanda pandemiya olmayacaq! Bunu sizə 100% əminliklə deyirəm! Mən olsam, aprelin 1 dən məktəbləri də, normal həyatı da bərpa edərdim.

#Dr. Hüseynov M.



Xəbəri paylaş

394 dəfə oxunub.

Digər xəbərlər